Şəhid ailəsi ilə görüş

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 26 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə II Qarabağ müharibəsində şəhid olan Abdulla Əhmədovun xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə  Sumqayıt Şəhər  İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin nümayəndələri, həmçinin Sumqayıt Cümə məscidinin axundu, məktəb rəhbərliyi və şəhidin ailə üzvləri iştirak ediblər.

 

2020-ci il oktyabrın 2-də Talış kəndinin azadlığı uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Abdulla Əhmədovun həyat yolu haqqında iştirakçılara ətraflı məlumat verilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunan şəhidin ruhuna dualar oxunub. 

 

Sumqayıt məktəblilərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib, kompozisiya nümayiş etdirilib.

 

Sifai SƏFƏROVA

 



17.05.2022 | 14:11