“Şuşa kuboku” intellektual yarışının qalibləri müəyyənləşib

Azərbaycan Dövlət Pedaqoji Universitetində kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Xəmsə Milli İntellektual Oyunu formatında “Şuşa kuboku” adlı intellektual yarış keçirilib.

 

Fakültənin tələbələrindən ibarət komandalar arasında çətin mübarizə şəraitində keçən yarışın sonunda finala yüksələn “Sirius”, “Məntiqə sığmayanlar”, “Permanent” və ”9002” komandaları üz-üzə gəliblər.

 

Final qarşılaşmasının başlanğıcında çıxış edən fakültənin dekanı, dosent Elnarə Mehbalıyeva “Şuşa kuboku” intellektual oyununun məhz “Şuşa ili” ilə əlaqədar icra olunan tədbirlər planı çərçivəsində keçirildiyini bildirib və finalçılara uğurlar arzulayıb.

 

Final turunun nəticələrinə əsasən, “Məntiqə sığmayanlar” komandası birinci, “9002” komandası ikinci, “Permanent” komandası isə üçüncü yeri tutublar. Sonda qaliblər kubok, medal və diplomlarla təltif olunub.

 

 



18.05.2022 | 16:52