Şagirdlər arasında xanəndəlik ixtisası üzrə seçim turu başa çatıb

2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar keçirilən muğam festivalının Sabirabad rayonunda birinci mərhələsi üzrə seçim turu  başa  çatıb. Seçim uşaq musiqi məktəblərində iki yaş qrupunda xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlər arasında aparılıb. Münsiflər heyətinin verdikləri qiymətlərə əsasən, hər iki yaş qrupu üzrə I yerin qalibləri müəyyənləşib. Xanəndəlik ixtisası üzrə Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin şagirdi Yusif Aslanlı, Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdi Əli Ağazadə qalib adını qazanıblar. Region mərhələsi üzrə I yerlərin qalibləri II final mərhələsində iştirak edəcəklər.

  

Qeyd edək ki, festivalın final mərhələsi Bakı şəhərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində baş tutacaq.

     

Sifai SƏFƏROVA

 

 



19.05.2022 | 15:07