"Təhsil vloqeri" müsabiqəsinə müraciətlərin qəbulu yekunlaşıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinə müraciətlərin qəbulu prosesi başa çatıb.

 

Müsabiqəyə ümumilikdə 400-ə yaxın müraciət daxil olub. Hazırda təqdim edilən materialların müsabiqənin Təşkilat Komitəsi tərəfindən təhlili aparılır. Təhlil işləri yekunlaşdıqdan sonra qaliblər elan ediləcək. 

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.

 

 



24.05.2022 | 11:41