Musiqi müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin hesabat konserti keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Musiqi müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin hesabat konserti keçirilib.

 

İnstitutun rektoru Azad Novruzov hesabat konsertlərinin tələbələrin musiqi-ifaçılıq səriştələrinin inkişaf etdirilməsindəki əhəmiyyətindən, Musiqi müəllimliyi ixtisasında tədrisin təşkili vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutunda 2020-2021-ci tədris ilindən adıçəkilən ixtisasda kadr hazırlığı aparılır və hazırda bu ixtisasda 13 tələbə təhsil alır. Bundan başqa, musiqi fənni İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil ixtisaslarında da tədris olunur.

 

Rektor hesabat konsertinin hazırlanmasında fəal iştirakına görə tələbələrə və müəllimlərə təşəkkür edib, onlara yaradıcılıqlarında uğurlar arzulayıb.

 

Sonra tələbələrin hesabat konsertinə baxış keçirilib. Azərbaycanın klassik, xalq mahnılarından ibarət konsert proqramında xarici ölkə bəstəkarlarının da mahnıları ifa olunub. Musiqi müəllimliyi ixtisasında təhsil alan tələbələrin ifasında “Gəl bizim dağlara”, “More-more”, “Arzular”, “Bir könül sındırmışam” mahnıları, fortepiano və nağara ifaları, eləcə də digər çıxışlar tamaşaçılar tərəfindən bəyənilib, alqışlarla qarşılanıb.

 

Sonda hesabat konserti yüksək qiymətləndirilib.

 



24.05.2022 | 12:44