Təhsil Nazirliyinin saytında "Sənədlər" bölməsi yenilənib

Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirliyin rəsmi internet səhifəsində "Sənədlər" bölməsi yenilənib. 


Yeni bölmədə Təhsil Nazirliyinin fəaliyyət istiqamətlərinə aid hüquqi sənədlərin müxtəlif təhsil pillələri və normativ hüquqi aktların növlərinə görə bölgüsü aparılıb. Bu funksiya saytın istifadəçilərinə lazımi sənədin tapılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. Həmçinin bəzi sənədlərə tez-tez əlavə və dəyişikliklər edildiyi üçün onların son versiyalarının daha operativ əldə edilməsi üçün normativ-hüquqi aktların vahid elektron bazası olan e-qanun.az saytına birbaşa keçid verilib.


Bölmə ilə tanışlıq üçün bu keçiddən istifadə edə bilərsiniz:  https://edu.gov.az/az/esas-senedler 

 

 



25.05.2022 | 10:22