“Məktəbdə...” layihəsi çərcivəsində növbəti görüş

“Məktəbdə...” layihəsi çərçivəsində növbəti görüş mayın 27-də Bakı şəhəri 198 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, publisist Çingiz Abdullayev olacaq.

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında və həyatımızdakı rolu, yeniyetmələrdə müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq,  məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.               

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. 

 

Görüşü, həmçinin Baku TV onlayn televiziyası və AzEdu Təhsil Portalı da işıqlandıracaq.

 



25.05.2022 | 15:06