ADPU rəhbərliyi Şamaxı filialının kollektivi ilə görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının 30 illik yubiley tədbiri çərçivəsində universitetin rektoru, professor Cəfər Cəfərov filialın kollektivi ilə görüş keçirib. Görüşdə ADPU-nun rəhbərliyi, filialların direktorları, Şamaxı filialının kollektivi və tələbə heyəti iştirak edib.

 

Görüşdə ADPU-da həyata keçirilən islahatlar, qarşıda duran vəzifələr barədə filial əməkdaşlarına ətraflı məlumat verilib.

 

Çıxışlardan sonra filial əməkdaşlarını və tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Sonda ADPU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən filialın bir qrup əməkdaş və tələbəsinə yubiley münasibətilə Fəxri fərman və pul mükafatı təqdim olunub.

 

 



29.05.2022 | 11:00