“TEKNOFEST Azərbaycan” festivalında ADNSU-nun 4 layihəsi qalib olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Robotexnika müsabiqəsinin B kateqoriyasında “MECHANICS” komandası, Aqrar texnologiyalar müsabiqəsinin B kateqoriyasında isə “BLIZZARDTS” komandası 1-ci yeri tutub.

 

ADNSU məzunları isə “Yaşıl” texnologiyalar müsabiqəsinin C kateqoriyasında “Makertronika” komandası olaraq 1-ci yeri qazanıb. Smart Karabakh Hakathon-unda ADNSU-nun Ümumi və tətbiqi riyaziyyat kafedrasının doktorantının iştirak etdiyi “SafeKarabakh” layihəsi 1-ci yerə layiq görülüb. “SABAH” qruplarında Elektroenergetika mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Eldar Məhərrəmlinin mentoru olduğu  “Baku Stark” məktəbli komandası Robotexnika müsabiqəsinin A kateqoriyasında birinci yerə yüksəlib.

 

 



31.05.2022 | 10:32