“Canlı prototiplər yeni texnikanın açarıdır” mövzusunda seminar

Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzi,  Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Canlı prototiplər yeni texnikanın açarıdır” mövzusunda tələbə və magistrantlar üçün seminar keçirilib.

 

Seminarda MDU-nun magistrantı Aysel Bayramova təqdimatla çıxış edib. Təqdimatda  biologiya, fizika, kimya və mühəndislik elmləri ilə sıx bağlılığı olan bionika haqqında ətraflı məlumat verilib, canlı orqanizmlərin quruluşu və həyat fəaliyyətinin təhlili əsasında mühəndislik problemlərinin həllindən bəhs edilib və müasir texnologiyalarda geniş tətbiq olunan bionika modellərindən söhbət açılıb.

 

Təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb.

 



31.05.2022 | 12:01