“Psixologiya klubu”nun fəal iştirakçıları mükafatlandırılıb

Bakı Dövlət Universitetinin Psixoloji yardım sektorunun "Psixologiya klubu”nun  ilk buraxılışı olub.

 

“Psixologiya klubu”nda iştirakçılara iki ay ərzində “Davranışın bioloji təməlləri: müayinə üsullarından seçmələr”, “İnsan inkişafı, sosial davranış, şəxsiyyət”, “Bədən dili və psixi pozuntular” kimi mövzularda seminar və mühazirələr keçirilib. Klub üzvləri müxtəlif psixoloji tədqiqatlarla yaxından tanış olublar.

 

Layihənin sonunda klubun iştirakçıları üçün test imtahanı keçirilib.

 

Klubun imtahanda yüksək nəticə göstərən fəal iştirakçıları sertifikatla təltif olunublar.

 

“Psixologiya klubu” növbəti dərs ilində yenidən fəaliyyətini davam etdirəcək.

 

 



02.06.2022 | 11:00