Vətən müharibəsinə həsr edilmiş qorelyefin açılışı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) incəsənət və fiziki tərbiyə fakültəsində "Şuşa ili" çərçivəsində 44 günlük Vətən müharibəsinə həsr edilmiş qorelyefin açılışı olub.  Qorelyefin müəllifi Təsviri incəsənət müəllimliyi ixtisası III tədris ili tələbəsi Pərviz Mahmudovdur.

 

Tədbirdə fakültə dekanı, dosent Laçın Həsənova çıxış edərək Vətən müharibəsindən, həmçinin fakültədə milli ruhun daima tələbələrə aşılanmasından danışıb.

 

Universitet Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Vaqif Əliyev, Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi, dosent Rais Rəsulov da öz təəssüratlarını bölüşüblər.

 

Tədbir zamanı Musiqi müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Nazim Mirzəyevin  hazırladığı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan videoçarx nümayiş etdirilib. 2018-ci ildə hazırlanan videoçarxda fakültənin məzunu, 44 günlük müharibənin qazisi Elvin Rəsulov Mübariz İbrahimovu canlandırıb.

 

Tədbirdə fakültənin xor kollektivi bəstəkar Nailə Mirməmmədlinin milli ruhlu əsərlərini ifa edib.

 

Tədbir çərçivəsində fakültənin Vətən müharibəsində iştirak etmiş qazi tələbələri Cavid Abdinov və Yusif İsaqzadə  öz xatirələrini bölüşüblər.

 

 



02.06.2022 | 19:15