Uğurlu məktəb modeli necə olmalıdır?

10 iyun saat 16:00-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının “Uğurlu məktəb modeli necə olmalıdır?”  mövzusunda növbəti buraxılışı yayımlanacaq. Proqramda, həmçinin cari tədris ilinin yekunlarına dair məsələlər müzakirə olunacaq.

 

Proqramın budəfəki qonağı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevadır.

 

Qeyd edək ki,  onlayn müzakirə proqramı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

 

 



07.06.2022 | 14:06