“Gənc müəllimlər-4” layihəsinə start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc müəllimlər-4” layihəsi çərçivəsində gənc müəllimlərin işə qəbulu başlayıb.

 

Universitet Rəqəmsal texnologiyalar və tətbiqi informatika, eləcə də mühəndislik və tətbiqi elmlər sahələri üzrə İnformasiya texnologiyaları, Kompüter elmləri, İnformasiya təhlükəsizliyi, Kommunikasiya sistemləri, Sənaye mühəndisliyi, Materiallar mühəndisliyi, Maşın mühəndisliyi, Ekologiya mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Qida mühəndisliyi ixtisaslarında tədris aparmaq istəyən gənc müəllimləri “Gənc müəllimlər-4” layihəsində iştiraka dəvət edib.

 

Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtlərdəndir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi şəkildə müsahibə təşkil ediləcək. Xarici dil biliyi olan namizədlərə üstünlük veriləcək.

 

Maraqlananlar CV-lərini 30 iyun 2022-ci il tarixinə qədər [email protected]  ünvanına göndərə bilərlər.

 



07.06.2022 | 15:47