Rektor “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının prezidenti ilə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov “Azərbaycan-İsrail” (Azİz) Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak ilə görüşüb.

 

Rektor universitetin tarixi, tədris sistemi və zəngin maddi-texniki bazası haqqında qonağa ətraflı məlumat verib. Ali məktəbin beynəlxalq əlaqələrindən söz açan H.Məmmədov BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramından ətraflı bəhs edib, həmçinin xarici universitetlərlə mövcud əməkdaşlıqlardan danışıb.

 

Assosiasiyanın prezidenti Lev Spivak səmimi qəbula görə rektora təşəkkürünü bildirib.

 

Görüş zamanı BMU ilə İsrail universitetləri arasında əlaqələrin qurulması, professor-müəllim heyəti və tələbə mübadiləsi, ikili diplom proqramları, həmçinin elmi-tədqiqat proqramlarına qoşulma məsələləri ətrafında geniş müzakirələr aparılıb. 

 

Qeyd edək ki, yaxın zamanda BMU ilə İsrailin bəzi universitetləri arasında əməkdaşlıq haqqında müqavilənin bağlanması nəzərdə tutulur.

 

 



08.06.2022 | 16:26