“Məktəbdə...” layihəsi - tədris ilinin yekun görüşü

“Məktəbdə...” layihəsi çərçivəsində növbəti görüş iyunun 9-da Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonaqları Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri olacaq.

 

Görüşdə müəllim-şagird münasibətləri, yeniyetmələrdə ictimai məsuliyyət hissi, təşəbbüskarlıq, ixtisas seçimi, peşə sahələrinə yönəlməyə təsir edən faktorlar və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. 

 

Görüşü, həmçinin Baku TV, Media Türk və AzEdu Təhsil Portalı da işıqlandıracaq.

 

 



08.06.2022 | 17:15