BDU-nun bir qrup əməkdaşı Şuşada

Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi, professor-müəllim və inzibati heyətinin bir qrupu Şuşaya səfər edib.

 

Səfərin əsas məqsədi “Şuşa ili” çərçivəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi Şuşanı ziyarət etmək, şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, hazırda icrasına başlanılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.

 

BDU əməkdaşları Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Qala divarlarını, Yuxarı Gövhər Ağa məscidini, Üzeyir Hacıbəyli bağını, Vaqif məqbərəsini, Bülbülün ev muzeyini, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrini, Cıdır düzünü ziyarət ediblər.  

 

Səfər iştirakçıları Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ruhlarını ehtiramla yad edib, qazilərimizə və hazırda xidmətdə olan hərbçilərimizə cansağlığı arzulayıblar.

 

BDU əməkdaşlarının Şuşaya səfərləri mütəmadi davam edəcək.

 

 



10.06.2022 | 16:02