Təhsil nazirinin müavini Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbər müavini ilə görüşüb

İyunun 13-də təhsil nazirinin müavini Muxtar Məmmədov Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbər müavini Demet Koç ilə görüşüb.

 

Görüşdə Təhsil Nazirliyi ilə Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında təhsil sahəsində olan əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. 


Müzakirələr zamanı son 3 il ərzində YTB tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına Türkiyə Respublikasında doktorantura təhsil pilləsi üzrə təhsil almaq üçün təqaüdlərin ayrılması və hazırda 25 nəfərin sözügedən təqaüdlər üzrə təhsil alması yüksək qiymətləndirilib.

 

 



13.06.2022 | 19:35