Mingəçevir Dövlət Universitetində 1840 tələbə 130 imtahanda iştirak edib

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin 1 iyun tarixində başlayan imtahan sessiyası davam edir.

 

MDU-dan bildirilib ki, iyunun 13-dən 18-dək olan növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 97 qrup üzrə 1840 tələbə, ümumilikdə 130 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 97,3 faiz olub. Tələbələr tərəfindən Apelyasiya Komissiyasına müraciət daxil olmayıb.

 

Sözügedən imtahan günlərində magistratura səviyyəsində 13 qrup üzrə, ümumilikdə 13 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100,0 faiz olub.

 

Sessiya ərzində İmtahan Qərargahı, “Qaynar xətt” və Apelyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Müntəzəm olaraq hər həftə keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar  rektor tərəfindən cavablandırlır.

 

Universitetdə yaz semestrinin imtahan sessiyası cari ilin iyulun 5-dək davam edəcək.

 

 



20.06.2022 | 10:21