Valideynlər imtahan prosesini izləyiblər

Mingəçevir Dövlət Universitetində bir qrup valideyn növbəti dəfə cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində keçirilən imtahan prosesini müşahidə ediblər.

 

Universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə imtahanları izləyən valideynlərə imtahanların gedişi və bu günədək olan nəticələr, imtahanların keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və müraciətlərə çevik baxılması mexanizmləri barədə ətraflı məlumat verilib.

 

Aparılan müşahidələrdən sonra imtahanların obyektiv, şəffaf və mövcud qaydalara uyğun keçirilməsindən məmnunluqlarını ifadə edən valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 



21.06.2022 | 16:18