“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib.
 

Dəyişikliyə əsasən, hər il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq  ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sözügedən Qaydanın əlavəsində qeyd olunan ixtisaslara uyğun olaraq Təhsil Nazirliyi tərəfindən elan ediləcək. 


Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra  müvafiq təlim kurslarına cəlb olunacaq.  

 



22.06.2022 | 15:47