VII məktəblilərarası fənn müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi

İyunun 22-də Təhsil İnstitutunun (ARTİ)  təşkilatçılığı ilə VII məktəblilərarası fənn müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin vacibliyini vurğulayıb, şagirdlərimizin əldə etdikləri uğurların ölkənin gələcək inkişafındakı rolundan danışıb. 

 

 Firudin Qurbanov şagirdləri təbrik edərək onlara növbəti müsabiqələrdə uğurlar arzulayıb.

 

Daha sonra Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması  sektorunun müdiri Fuad Qarayev fənn müsabiqələrinin keçirilməsinin məqsədi və nəticələrin təhlilləri barədə məlumat verib.

 

ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək qaliblərə uğurlar arzulayıb və şagirdlərin gələcək karyeralarında müvəffəqiyyət qazanmaları üçün olimpiadalarda iştirakın əhəmiyyətini qeyd edib.

 

Tədbirdə müsabiqə haqqında hazırlanan videoçarx və müxtəlif musiqi nömrələri təqdim olunub.

 

Sonda müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib. 

 

Qeyd edək ki, məktəblilərarası fənn müsabiqələrinin qalibləri növbəti tədris ilindən etibarən müvafiq fənlər üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

 

 



22.06.2022 | 18:58