Humanitar Kollecdə “Məzun günü”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə “Məzun günü” keçirilib.

 

Kollecin direktoru Nərmin Qaralova məzunları təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

 

Tədbirdə 84 illik tarixə malik olan kollec haqqında məlumat verilib, təhsil ocağının keçmiş məzunları arasında Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin olduğu bildirilib. Qeyd olunub ki, bu gün də kollecdə istedadlı gənclər yetişir və onlar incəsənətin müxtəlif shələrində böyük uğurlar qazanırlar.

 

Tədbirdə çıxış edən ADMİU-nun rektoru Ceyran Mahmudova kollec məzunlarını təbrik edib, onlara təhsillərini ali məktəbdə seçdikləri ixtisaslar üzrə müvəffəqiyyətlə davam etdirməyi arzulayıb.

 

“Məzun günü”ndə bir qrup tələbəyə təhsilində fərqləndiyi üçün, Estrada sənəti  kafedrasının müdiri, professor Məryəm Babayevaya isə ”Kollecin “Məzun günü”ndə fəal iştirakına görə” təşəkkürnamə təqdim olunub.

 

Sonda ADMİU-nun musiqi sənəti və estrada sənəti fakültələrinin tələbələri maraqlı musiqi nömrələri  ilə çıxış ediblər.

  

Sifai SƏFƏROVA

 



28.06.2022 | 10:43