ADPU və Ted Universiteti əməkdaşlıq haqqında memorandum imzalayıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ted Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə ADPU-nu rektor, professor Cəfər Cəfərov, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Gülnar Ələkbərova, Ted Universitetini isə rektor prof. dr. İhsan Sabuncuoğlu, rektor köməkçisi prof. dr. Kemal Levend Parnas və mühəndislik fakültəsi dekanı, prof. dr. Güney Özcebe təmsil ediblər.

 

Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında  ətraflı məlumat verərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.      

 

Görüşün yekununda rektorlar universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıblar.

 

Sonda rektor C.Cəfərov Ted Universitetinin nümayəndə heyətini ali məktəblə tanış edib.

 

 



28.06.2022 | 17:51