“Sağlam böyümək istəyirəm”

Paytaxtın Nərimanov rayonundakı Vətən müharibəsi qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli  Ekologiya liseyində idmana həvəsi olan  şagirdlər arasında turnirə strart verilib. Turnirin təşkilatçısı rayon gənclər və idman idarəsidir. Yarışda  iplə tullanma, turnikdə dartınma, halqa fırlatma və qolların bükülüb-açılması kimi sadə idman növləri nümayiş olunub. İştirakçılara sonda həvəsləndirici  sertifikatlar, birinci yeri tutan qaliblərə isə diplomlar təqdim olunub.

 

Tədbirdə şəhid baş leytenant Azad Hümbətovun atası, rayon Ağsaqqallar Şurasının sədri, rayon gənclər və idman idarəsinin rəhbərliyi, liseyin direktoru, müəllim və şagird kollektivi  iştirak ediblər.

 

Sifai SƏFƏROVA

 



29.06.2022 | 13:21