“BMU-İNHA İkili Diplom Proqramı mənim üçün parlaq gələcəyin açarıdır”

“Düşünürəm ki, BMU-İNHA İkili Diplom Proqramı mənim üçün parlaq gələcəyin açarıdır”. Bu fikri proqramın 2021/2022-ci tədris ili qəbulu üzrə Elektrik mühəndisliyi ixtisasının I kurs tələbəsi Rauf Həşimli bildirib.

 

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universitetinin birgə icra etdiyi proqramla bağlı təəssüratlarını bölüşən tələbə əsas üstünlüklər sırasında Koreya dilinin tədrisini vurğulayıb: “Bu dilin mənimsənilməsi gələcəkdə Koreyanın böyük şirkətlərində çalışmaq üçün geniş imkanlar yaradacaq”.

 

Proqram üzrə çox sevdiyi fənlərə də toxunan R.Həşimli bildirib ki, “Proqramlaşdırmanın əsasları” fənni bu sırada ilk yeri tutur: ”BMU-da bu fənn bizə ən yeni texnologiyalarla tədris olunur. Mənim gələcək tələbələrə tövsiyəm odur ki, siz BMU-İNHA İkili Diplom Proqramını seçməklə, həm yüksək səviyyədə təhsil ala bilər, həm də bütün mənalarda digər abituriyentlərdən fərqlənə bilərsiniz”.

 

Qeyd edək ki, proqramla bağlı daha geniş informasiyanı https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linkinə daxil olaraq əldə etmək mümkündür.

 

 



30.06.2022 | 13:43