Azərbaycan Dövlət Pedaqoji Universitetində Məzun günü

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məzun günü keçirilib.

 

Tədbirdə universitetin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Orduxan Qəhrəmanzadə, Səbail rayon Gənclər və İdman idarəsinin rəisi vəzifəsini icra edən Elnarə Əliyeva, Nəsimi rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Tağızadə, universitetin prorektorları, dekanları, digər rəhbər şəxsləri, tələbələr və valideynlər iştirak ediblər.

 

Rektor C.Cəfərov məzunlara gələcək həyatlarında uğurlar arzulayıb,  builki Məzun gününün digərlərindən əsas fərqli cəhətinin qalib ölkənin qalib vətəndaşları kimi qeyd olunduğunu diqqətə çatdırıb. Rektor universitetin Vətən müharibəsində iştirak edən 200-dən çox məzununun və 13 şəhidinin olduğunu bildirib, onların ruhuna hörmət və ehtiramını ifadə edib.  C.Cəfərov tələbələrə ulu öndər Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” sözlərini xatırladaraq,  müəllim sənətinin şərəfli peşə olduğunu vurğulayıb.

 

Tədbirin gedişində universiteti ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə bitirən və təhsil aldığı müddətdə ali məktəbin sosial-ictimai həyatında fəal olan bir qrup tələbə rektorun əmri ilə Fəxri fərmanla təltif edilib. 

 

Tədbir konsert proqramı ilə davam edib.

 



30.06.2022 | 15:26