Tələbələrin yaradıcılıq sərgisi

Bakı Mühəndislik Universitetində (BMU) Dizayn ixtisası üzrə təhsil alan I və lll kurs tələbələrinin yaradıcılıq sərgisi keçirilib. Sərgidə tələbələrin “Konstruktivləşdirmənin əsasları” fənnindən interyer maketləri, "Bədii konstruksiyalaşdırma" fənnindən isə AutoCAD, 3Ds Max proqramları vasitəsilə hazırladıqları interyer və eksteryer layihə işləri nümayiş olunub.

 

Memarlıq və dizayn kafedrasının müəllimi Ləman Abdullazadənin rəhbərliyi ilə təşkil olunan sərgidə BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov, memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov iştirak edib.

 

Adıçəkilən kafedranın müdiri, professor Sabir Orucov yaradıcılıq sərgisinin təşkilindən söz açaraq bildirib ki, əsas məqsəd tələbələrin interyer mühiti ilə tanışlığı, əşyalara və formalara fərqli baxış və yanaşmalarının formalaşdırılmasıdır. Bundan başqa, BMU-da yaradıcı mühitin inkişaf etdirilməsi, tələbələrin ərsəyə gətirdikləri əsərlərin ictimaiyyətə təqdim olunmasına mümkün köməkliyin göstərilməsi də sərginin əsas hədəfləri sırasına daxildir.

 

Sonra tələbələr sərgi iştirakçılarına nümayiş etdirdikləri layihə işləri haqda məlumat veriblər.

 

Tədbirin sonunda yaradıcılıq sərgisində fəal iştirak edən tələbələrə setifikatlar təqdim olunub.

 



05.07.2022 | 12:12