Beynəlxalq idman yarışında uğurlu nəticə əldə edilib

29 iyun-6 iyul 2022-ci il tarixlərində Türkiyənin İzmit-Kocaeli şəhərində cüdo idman növü üzrə 2006-2007, 2008-2009, 2010-2011-ci il təvəllüdlü idmançılar arasında beynəlxalq turnir keçirilib. 

 

16 ölkədən 2000 nəfərə yaxın idmançının iştirakı ilə keçirilən yarışda “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançıları 2 qızıl, 2 gümüş, 1 bürünc, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları 4 qızıl, 3 gümüş, 4 bürünc olmaqla ümumilikdə 16 medal qazanıb.

 

Qeyd edək ki, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin komandası ümumi hesabda beynəlxalq turnirin qalibi olub.

 

 



08.07.2022 | 14:23