11510 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14293 bakalavrdan 11510 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 4043 nəfər dövlət sifarişi, 7467 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 7670 nəfər ali təhsil müəssisələrinin cari, 3840 nəfər isə əvvəlki illərin məzunudur.

 

Magistraturaya qəbul olmuş şəxslər 2022-ci il 15 iyul saat 12:00-dan  25 iyul saat 12:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

 

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.

 

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı elan olunacaq.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.  

 

 

 



13.07.2022 | 10:00