NDU STEAM müəllimlərinin III Beynəl­xalq konfransında təmsil olunub

Naxçıvan Dövlət Universiteti (NDU) təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dosenti Zərövşən Babayeva Türkiyənin İstanbul şəhərində İbn Haldun Universitetində STEAM müəllimlərinin III Beynəl­xalq konfransında iştirak edib.  

 

"XXI əsr STEAM müəllimlərindən gözləntilər" mövzusunda çıxış edən Z.Babayeva universitetin Biologiya müəllimliyi ixtisası tələbələrinin hazırladıqları ağıllı əyani vəsaitlər və digər işlər haqda məlumat verib. Təqdim edilən vəsaitlər konfrans iştirakçılarının marağına səbəb olub.  

 

Konfransda dünyanın müxtəlif ölkələrindən fərqli mövzularda çıxış edən fənn və mühəndislik sahəsindən olan mütəxəssislər maraqlı təqdimatlar, praktik çalışmalar və vorkşoplarla diqqətçəkən işlər nümayiş etdiriblər.

 

Təqdimatlar içərisində təbiət elmlərinə həsr olunan işlər daha çox maraq doğurub. Həmçinin konfransda Bakı, Gəncə, Sumqayıt, Masallı və digər bölgələrdən orta məktəb müəllimləri, şagirdlər, müxtəlif təlimçilər də iştirak ediblər.

 

Qeyd edək ki, NDU müəlliminin yenicə çapdan çıxmış “XXI əsr bacarıqları – STEAM təhsil metodu” adlı dərs vəsaiti konfransda yüksək qiymətləndirilib.



14.07.2022 | 12:21