Nazir çalışmanın yaş həddinə çatmış direktorlarla görüşüb

İyulun 15-də təhsil naziri Emin Əmrullayev çalışmanın yaş həddinə çatmış "Zəngi" liseyinin və "Elitar" gimnaziyanın direktorları ilə görüşüb.

 

Görüşdə "Zəngi" liseyinin direktoru Almaz Əsgərova və "Elitar" gimnaziyanın direktoru Sevda Quliyeva iştirak edib. 

 

Təhsil naziri Emin Əmrullayev hər iki ümumi təhsil müəssisəsinin direktoruna 40 illik pedaqoji fəaliyyətləri dövründə təhsilin inkişafına verdikləri töhfəyə, gənc nəslin təlim-tərbiyəsi sahəsində uzunmüddətli səmərəli xidmətlərinə görə təşəkkür edib. 

 

Direktorlar da öz növbəsində onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını ifadə ediblər. 

 

Sonda direktorlar Təhsil Nazirliyinin "Təşəkkürnaməsi” ilə təltif olunublar.

 

 



15.07.2022 | 18:21