Naxçıvanın gözəllikləri kətan üzərinə köçürülüb

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Təsviri incəsənət kafedrasının müəllim və tələbə heyəti muxtar respublikanın dilbər guşəsi olan Batabat yaylağında etüddə olublar. Yaradıcılıq üçün əvəzolunmaz mərhələ hesab olunan  etüdün əsas məqsədi tələbələrin təbiətlə yaradıcı təmas qurması, naturadan rəsm çəkmək və müxtəlif rəsm əsərləri üzərində işləmək vərdişlərinə yiyələnməsi, həmçinin  rəssamlıq texnikasını təkmilləşdirmələridir.

 

Rəngkarlıq və  Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin  iştirak etdiyi etüddə yağlı boya, sulu boya, pastel, akril kimi müftəlif texnikalarla Naxçıvan təbiətinin gözəllikləri kətan üzərinə köçürülüb.

 

 

 



19.07.2022 | 17:51