Bu il BANM-i 12 tələbə Fərqlənmə diplomu ilə bitirib

2021/2022-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbindən (BANM) 107 bakalavr, 61 magistr məzun olub. Bakalavr səviyyəsi üzrə Neft-qaz mühəndisliyini 33, Kimya mühəndisliyini 42, Proseslərin avtomatlaşdırılması mühəndisliyini 32 nəfər, magistr səviyyəsi üzrə mühəndislik ixtisaslarını 13, MBA proqramını isə 48 tələbə bitirib.

 

Bu tədris ilində Fərqlənmə diplomu alan tələbələrin sayı 12 nəfərdir.

 

2021-2022-ci tədris ilində BANM-dən, ümumilikdə 7 xarici ölkə vətəndaşı məzun olub. Onlar Kanada, Peru, Nigeriya, Ruanda, Rusiya, Özbəkistan və Gürcüstan vətəndaşlarıdır. Bu tələbələrdən biri Azərbaycan Hökumətinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayırdığı qrant çərçivəsində (Peru), biri BANM-in ayırdığı təqaüd əsasında (Ruanda), biri (Çiçək Bayramova) SOCAR, digərləri isə öz hesablarına maliyyələşməklə təhsil almış xarici vətəndaşlardır.

 

Onlardan 1 nəfər Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə, 1 nəfər  isə Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsinin, 3 nəfər MBA, 1 nəfər Kimya mühəndisliyi və 1 nəfər Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə magistratura səviyyəsinin məzunlarıdır.

 



20.07.2022 | 10:26