AzTU ilə Almetyevsk Dövlət Neft İnstitutu əməkdaşlığa başlayır

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almetyevsk Dövlət Neft İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Müqaviləni AzTU-nun rektoru Vilayət Vəliyev və  Almetyevsk Dövlət Neft İnstitutunun rektoru Aleksandr Dyakonov imzalayıb.

 

Sənədə əsasən, hər iki ali məktəb birgə elmi-tədqiqat işlərinin aparılması, innovativ texnologiyaların tətbiqi, həmçinin birgə təhsil layihələrində iştirakla bağlı əməkdaşlıq edəcəklər.

 

 



21.07.2022 | 12:27