Test imtahanları üzrə növbəti apellyasiya müraciətlərinin qəbuluna başlanılır

İyulun 20-də saat 11:00-dan etibarən ibtidai sinif, təsviri incəsənət və musiqi fənləri üzrə keçirilmiş test imtahanlarının apellyasiya müraciətləri qəbul olunacaq. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən xanaya daxil olaraq 48 saat ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər həmin xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. 

 

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

 



21.07.2022 | 12:54