Kütahya Dumlupınar Universitetində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb

Azərbaycan Texniki Univesitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov “Erasmus+” KA1 proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetində səfərdədir.

 

Səfər çərçivəsində S.Namazov Kütahya Dumlupınar Universitetinin rektoru, professor Kazım Uysal, prorektor, professor Hasan Köçməzlə görüşüb. Görüşlərdə faydalı əməkdaşlıq üçün birgə layihə və tədqiqatların yerinə yetirilməsi, müəllim, magistrant və doktorantların təcrübə mübadiləsində iştirakı ilə bağlı müzakirələr aparılıb. Həmçinin birgə beynəlxalq layihələrdə iştirak üçün ciddi imkanların olduğu vurğulanıb. Bundan başqa, metallurgiya, materiallar texnologiyası, mədən mühəndisliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə araşdırmaların aparılması üçün kifayət qədər imkanların olduğu müəyyən edilib.

 

Səfər çərçivəsində Mühəndislik fakültəsinin dekanı, professor Cengiz Karagüzel, Metallurgiya və materiallar texnologiyası kafedrasının müdiri, professor Güray Kaya və kafedranın əməkdaşları ilə görüşlər keçirilib.

 

S.Namazov Dumlupınar Universitetinin İrəli Texnologiyalar Mərkəzində (İLTEM) qurulmuş müasir laboratoriyalarla tanış olub, mərkəzin rəhbəri, professor Mustafa Tuncerlə birgə layihələrin yazılması ilə bağlı fikir mübadiləsi aparıb.

 

AzTU prorektorunun Kütahya Dumlupınar Universitetinə səfəri davam edir.

 

 



28.07.2022 | 11:35