Tələbələr “Vəkil olmaq istəyirəm” adlı yay məktəbində

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə iyulun 15-dən başlayan “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi davam edir.

 

Bir ay davam edəcək yay məktəbinin əsas məqsədi gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsinə töhfə verməkdən ibarətdir.

 

Tədbirə, ümumilikdə 13 yerli və xarici universitetdən 294 tələbə qatılıb. Onlardan 220-si Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələridir.

 

Yay məktəbində prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimlər təşkil ediləcək.

 

Məktəbi uğurla başa vuran hüquqşünas tələbələrə sertifikatlar təqdim olunacaq, proqramı fərqlənmə ilə bitirən 30 tələbə isə bölgələrdə keçiriləcək yay düşərgəsində iştirak etmək hüququ qazanacaq.

 

Bu barədə BDU-dan bildirilib.

 



29.07.2022 | 13:22