Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru AzTU-da olub

Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru Gülzadə Şakulikova Azərbaycan Texniki Universitetində (AzTU) olub. G.Şakulikova AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Sayan Kuljanov da iştirak edib.

 

Söhbət zamanı rektorlar rəhbərlik etdikləri universitetlərdə görülən işlər və həyata keçirilən yeniliklər haqqında məlumat verib. Hər iki universitet arasında nəqliyyat və logistika, neft-qaz nəqli, kimya texnologiyaları, mühəndis geodeziya və geofizikası istiqamətlərində birgə tədrisin təşkili üçün potensial imkanları nəzərdən keçirmək məqsədəuyğun hesab edilib. Bundan başqa, Xəzər dənizinin ekoloji problemləri, neft-qaz yataqlarının işlənilməsində müasir mühəndis yanaşmaları və digər istiqamətlərdə birgə elmi-tədqiqat imkanları da müzakirə olunub.

 

 



04.08.2022 | 12:38