Bu il 600-dən yuxarı bal toplayan 138 tələbə BMU-nu seçib

Bakı Mühəndislik Universiteti uğurlu fəaliyyəti ilə ictimaiyyətdə və xüsusən abituriyentlər arasında müsbət fikir formalaşdırıb. Burada universitetin ictimaiyyətlə əlaqələrinin bir hissəsini təhsil müəssisələri, abituriyentlər və onların valideynləri ilə işgüzar fəaliyyətlər təşkil edir. Tədris ili ərzində həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi universitetə 2018-2019-cu tədris ili üzrə aparılmış qəbulda öz bəhrəsini verib.

 

Belə ki, DİM tərəfindən keçirilən imtahanlarda iştirak edən 1122 nəfər BMU ixtisaslarını seçib. Bunlardan 551 tələbə dövlət sifarişli, 571 tələbə ödənişli əsaslarla, 487 tələbə isə ingilis dilində olan ixtisaslarda təhsil alacaq. 2017-2018 -ci tədris ili ilə 2018-2019-cu tədris ili üzrə  müqayisə apardıqda qəbulun ümüumi sayında və yüksək bal kateqoriyasında müsbət fərq aydın görünür. Ötən il 772, bu il isə1122 tələbə BMU ixtisaslarına qəbul olub. 600 baldan çox toplamış tələbələrin sayı ötən il 115 nəfər idisə bu il 138 nəfərdir. Bunlardan 122-si ingilis dilli, 16 nəfəri isə Azərbaycan dilində olan ixtisaslara qəbul olunub.

 



10.09.2018 | 12:29