“Post Oil Economy” yay məktəbinin açılışı olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Post Oil Economy” yay məktəbinin açılışı olub.  

 

ADNSU və DAAD-ın əməkdaşlığı ilə keçiriləcək iki həftəlik yay məktəbinin açılışında universitetin prorektorları, müəllim və tələbələr iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər bu qısamüddətli yay məktəbinin önəmindən danışıblar.

 

Yay məktəbinə qoşulan Almaniya, İtaliya və Azərbaycandan olan tələbələr bu müddət ərzində ölkəmizdə Neft yataqlarında, müxtəlif sənaye müəssisələrində olacaqlar. Onların Azərbaycanın tarixi yerlərinə, mədəniyyət mərkəzlərinə ekskursiyası təşkil ediləcək.  Tələbələrə həmçinin, Azərbaycanın neft sahəsində təcrübəli mütəxəssisləri tərəfindən 9 mühazirə oxunacaq.

 

Tələbələrlə söhbət zamanı onlar da proqramdan razı qaldıqlarını, yay məktəbindən gözləntilərinin yüksək olduqlarını bildiriblər.

 



11.08.2022 | 10:30