Rektor UFAZ-ın ilk magistr məzunları ilə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinin (UFAZ) ilk magistr məzunları ilə görüşüb.

 

Görüşdə tələbələrin gələcək planları, elmi fəalliyyətləri, qarşılarında duran hədəfləri və digər bu kimi məsələlər müzakirə olunub.  Rektor bilidirib ki, UFAZ məzunları potensialı yüksək olan gənclərdir və onların qarşısında duran ən böyük hədəf xalqımız, dövlətimiz üçün faydalı vətəndaş olmaqdan ibarətdir. 

 

Görüşdə tələbələr gələcək planları, ADNSU və UFAZ haqqında fikirlərini səsləndirib, təhsil aldqıları universitetlə bağlı konkret təkliflərlə çıxış ediblər.

 

Elmi fəaliyyətin hər zaman onlar uçun vacibliyini vurğulayan rektor, professor M.Babanlı məzunların suallarını cavablandırıb, onlara uğurlar arzu edib.

 

 



11.08.2022 | 17:36