UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Məlum olduğu kimi, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik göstərilməsi məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələrindən ibarət UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb.

 

Universitetdən bildirilib ki, abituriyentlər "Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, UNEC-də kadr hazırlığı keçirilən bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün UNEC Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

 

QEYD 1: Mərkəz həftə içi 5 gün UNEC-in III tədris binasında saat 10:00-dan 17:00-a qədər abituriyentlər üçün fəaliyyət göstərəcək.

 

QEYD 2: Mərkəzlər ödənişsiz əsaslarla fəaliyyət göstərirlər.

 

Əlaqə vəsitələri: @unecthik @uneceduaz



15.08.2022 | 09:42