17 mindən artıq abituriyent öz ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak üçün avqustun 16-dan başlayan ixtisas seçimi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün saat 11:45-ə olan məlumata görə, 17 mindən artıq abituriyent öz ərizəsini təsdiqləyib.

 

İnternet vasitəsilə aparılan ixtisas seçimi avqustun 28-dək davam edəcək. 

 

 

 



18.08.2022 | 12:36