ADAU-nun bir qrup tələbəsi Ankara Universitetinin Heyvan klinikasında təcrübə keçir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq ixtisasının baytarlıq təbabəti fakültəsinin IV kurs tələbələri- Hüseyn Kazımlı, Baba Vəliyev, Sənan Əhmədzadə Türkiyə Respublikasının Ankara Universitetində baytarlıq fakültəsinin Heyvan klinikasında yay təcrübəsindədirlər.


ADAU-dan bildirilib ki, tələbələr müxtəlif cərrahi əməliyyatlarda və müayinələrdə iştirak edərək, praktiki bilik və bacarıqlarını daha da təkmilləşdirirlər.


Təcrübə müddəti sentyabrın 4-dək davam edəcək.

 

 



24.08.2022 | 10:01