Lənkəran üzrə ən yüksək bal toplayan üçüncü abituriyent də BANM-ı seçir

Şahin Məmmədzadə Lənkəran şəhəri üzrə üçüncü ən yüksək bal toplayan abituriyentdir. O, Lənkəran şəhər 5 nömrəli tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. Şahin buraxılış imtahanında 283.8 bal, I ixtisas qrupu üzrə keçirilən blok imtahanında isə 395.5 bal olmaqla, ümumilikdə 679.3 bal toplayıb.

 

Şahin Məmmədzadənin arzusu Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olmaqdır.

 

Xatırladaq ki, Lənkəran şəhəri üzrə ən yüksək bal toplayan abituriyent Ziya Əsgərli (680.4 bal) və ikinci ən yüksək bal toplayan Nihad Axundzadə (679.6 bal) də  BANM-ı seçiblər.

 

Bu barədə BANM-dən bildirilib. 

 



24.08.2022 | 13:21