ADNSU rektoru “Rusatom-beynəlxalq şəbəkə”sinin prezidenti ilə görüşüb

Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində universitetin rektoru, professor Mustafa Babanlı Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyasının (Rosatom) “Rusatom-beynəlxalq şəbəkə”sinin prezidenti Aleksandr Merten və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribovla görüş keçirib.

 

Görüşdə tədbirin əhəmiyyəti qeyd edilib, bu cür konfransların gələcəkdə də keçirilməsinin məqsədəuyğunluğu vurğulanıb. Görüşdə müəssisələr arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına dair razılıq əldə olunub.

 



11.09.2018 | 17:17