Universitetin professor-müəllim heyətinin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində növbəti təlim

Türkiyənin Qazi Universitetinin doktorantı, yazıçı-jurnalist, Prezident təqaüdçüsü Şəhla Aslan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyəti üçün təhsilin idarə edilməsi mövzusunda təlim keçib.

 


Təlimdə ali təhsil ocağının keyfiyyət siyasətinə və strateji inkişaf planına uyğun olaraq professor-müəllim heyətinin hazırlıq səviyyəsinin yüksəldilməsi, pedaqoji bilik və bacarıqlarının artırılması, təhsilin idarə edilməsində beynəlxalq təcrübə və təhsilin tədqiqat sahələri barədə geniş məlumat təqdim edilib.


Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.

 

 



30.08.2022 | 10:02