AzTU ilə TUSAŞ arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türk Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) nümayəndələri ilə görüşüb.

 

Universitetdən bildirilib ki, görüşdə universitet-sənaye işbirliyi çərçviəsində TUSAŞ-la əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

 

Daha sonra TUSAŞ nümayəndə heyəti AzTU-da aparılan yenidənqurma işləri ilə tanış olub.

 

Qonaqlar universitetin laboratoriya və auditoriyalarına da baxış keçiriblər.

 

 



31.08.2022 | 16:19