6 ali təhsil müəssisəsinin qəbul planı yüz faiz dolub

2022-2023-cü tədris ilində qəbul planı 100 faiz dolan ali təhsil müəssisələrinin adları açıqlanıb. 

 

Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti,  Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası qəbul planı dolan ali təhsil müəssisələridir.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.       

 



01.09.2022 | 14:46